“Gəncə Körpü Tikinti-2”-nin səhmdarlarının yığıncağı təxirə salındı – Səbəb

11:06 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. “Gəncə Körpü Tikinti-2” ASC səhmdarlarının ümumi yığıncağı təxirə salınıb.

ABC.AZ xəbər verir ki, cəmiyyətin səhmdarlarının 2019-cu ilin hesabatını müzakirə etmək üçün növbəti illik ümumi yığıncağının çağırılması pandemiya, eyni zamanda, yolların bağlı olması ilə əlaqədar qeyri-müəyyən vaxta keçirilir.

Ümumi yığıncağın keçirilmə vaxtı barədə səhmdarlara əlavə məlumat veriləcəyi qeyd olunub.

 

Bütün xəbərlər