Elektrik və telekommunikasiya müəssisələri özəlləşdiriləcək - Böyük qazanc gözlənilir

10:50 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ildə elektrik stansiyalarını və telekommunikasiya müəssisələrini özəlləşdirməyə açıq elan edəcək.

ABC.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, sözügedən prosedurdan sonra büdcəyə elektrik stansiyalarının satışından 15 milyon manat, telekommunikasiya müəssisələrinin özəlləşdirilməsindən isə 30 milyon manat daxil olacağı ehtimal edilir.

Eyni zamanda, digər sahələrdə də yeni müəssisələrin özəlləşdirməyə açıq elan edilməsi istisna olunmur.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsinə özəlləşdirmədən 111 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu məbləğdən 45 milyon manatı ehtimal olunan məbləğ kimi göstərilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər