Beş il ərzində neft-qaz sektoruna 34,4 mlrd. manat yönəldilib - Hesabat

11:12 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Ötən beş il ərzində Azərbaycanın neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycanın neft-qaz sektoruna 34,4 mlrd. manat həcmində vəsait yönəldilib.

Hesabata əsasən, 2016-cı ildən 2020-ci ilədək ölkənin neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 31,8% azalıb. Son 5 il ərzində sözügedən sektora yönəldilən vəsait azalsa da,  2019-cu ilin göstəricisi ilə müqayisədə ötən il vəsaitin həcmi 7,1% artım müşahidə edilib.

Hesablamalara əsasən, ölkənin neft-qaz sektoruna yönəldilən vəsait üzrə ən yüksək göstərici (8 617,4 mln. manat) 2016-cı ildə, ən aşağı göstərici isə (5 489,5 mln. manat) 2019-cu ildə qeydə alınıb.

 

Bütün xəbərlər