Azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan çoxsaylı müraciətlər alırıq - Orxan Məmmədov

16:27 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına və bu sektora investisiya qoyuluşuna böyük maraq göstərir.

ABC.AZ xəbər verir ki, bunu “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi biznes üçün də yeni imkanlar açıb.

“İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan indiyədək KOBİA-ya çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqəndirmə və məsləhət xidmətləri göstərilir” – deyə Orxan Məmmədov vurğulayıb.

 

Bütün xəbərlər