330x110
 

Pulsuz ictimai internet Bakının daha iki parkında quraşdırılacaq

13.10.2017,11:37


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə, “İctimai internet” layihəsinin əhatəsi genişlənir.

“Bakı telefon rabitəsi” (Baktelecom) İB-də bildirildiyi kimi, pulsuz İnternetə çıxışı təmin edən Wi-Fi, İzmir və Nərimanov parklarında quraşdırılacaq.

Pulsuz İnternetə çıxışın quraşdırılması üzrə işlər, cari ilin mart ayından etibarən, “İctimai internet” layihəsi çərçivəsində  aparılır. Pulsuz internet artıq Dədə Qorqud parkında, Hüseyn Cavid parkında, Dənizkənarı Bulvar ərazisində, Dövlət Bayrağı Meydanında, “İçərişəhər Dövlət tarix-memarlıq qoruğunda, Heydər Əliyev Mərkəzinin parkında, Sahil, Sabir, Xəqani, Axundov bağlarında, Qış bulvarı və Zabitlər parklarında, Səməd Vurğun və Muğan Bağları parklarında quraşdırılıb.