Ermənistan ordusu yoxdur, dağılıb - İlham Əliyev

14:40 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçının Güləbird kəndində çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar.

"Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb" deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər