Ermənilərin müharibə zamanı 10 min fərarisi olub - Prezident

14:58 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Erməilərin özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçının Güləbird kəndində çıxış edərkən deyib.

Prezident qeyd edib ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır.

"Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim”.

 

Bütün xəbərlər