Hüquqi şəxslərin banklardakı əmanətləri kəskin azalıb

15:32 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Ötən ay əhalinin banklardakı cəmi əmanətləri 8 milyard 79.6 milyon manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə əhalinin əmanətləri 34,9 milyon manat artıb.

Çoxalma tələbli əmanətlərdəki artımdan qaynaqlanır.

Yanvarda hüquqi şəxslərin depozitləri isə 469,4 milyon manata azalaraq 12 milyard 208,9 milyon manata geriləyib. O cümlədən hüquqi şəxslərin tələbli depozitləri 553,1 milyon manat azalaraq 10 milyard 86.2 milyon manata düşüb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər