Kreditin təminatı ilə bağlı deputatdan maraqlı təklif - Detallar

11:48 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Bu gün "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmaya doğru" mövzusunda onlayn 10-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilib.

ABC.AZ xəbər verir ki, konfransda Mili Məclisin (MM) İqtisadi Siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə vacib məqama toxunaraq bildirib ki, kreditin təminatı ilə bağlı məsələrdə, biz kəndlilərin üzərinə az getməliyik.

Onun sözlərinə görə, burda söhbət yaradılması planlaşdırılan kiçik biznesdən gedir:

"Həmin insanların girov təqdim etməsi olduqca çətin məsələdir. İqtisadiyyat Nazirliyinin təkliflərinə əsasən, ölkəmizdə fəaliyyət göstərən böyük sahibkarlara 500 milyon manatdan artıq kreditlərin verilməsi ilə girov təminatının 60%-ni dövlət özü həyata keçirməyə başlayıb. Mən təklif edərdim ki, gələcəkdə kiçik sahibkarlıqla bağlı da belə məsələlər ortaya qoyulsun. Yəni, o təminatın 60%-70%-ni İpoteka və Kredit Zəmanət Fondu versin".

 

Bütün xəbərlər