Minalardan təmizlənəcək ərazilər çox böyükdür - İlham Əliyev

12:34 - 26.02.2021


26 fevral, Fineko/abc.az. İşğaldan azad edilmiş torpaqlarda minalardan təmizlənəcək ərazilər çox böyükdür.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, metodologiyaya gəlincə ilk növbədə duranlar kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı üçün olan ərazilərdir:

“Artıq orada kənd təsərrüfatı fəaliyyətinə başlanılıb. 1000 hektar olan ərazidə mina təmizləndikdən sonra buğda əkilib. Biz bu sahədə böyük beynəlxalq əməkdaşlıq göstəririk”.

 

Bütün xəbərlər