“Clubhouse” istifadəçilərinin şəxsi məlumatları yayılıb - Haker hücumu

11:10 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Yenicə məşhurlaşan “Clubhouse” hakerlərin qurbanı olub.

ABC.AZ-ın məlumatına görə, sözügedən şəbəkənin istifadəçisinin şəxsi məlumatları yayılıb.

Belə ki, “Clubhouse”-un 1.3 milyon istifadəçisi pulsuz olaraq haker forumlarının birində yerləşdirilib.

Paylaşılan məlumatlar arasında ad və soyad, şəxsi fotoşəkillər, eləcə də istifadəçinin digər sosial şəbəkələrdəki hesabları barədə məlumatlar var.

 

Bütün xəbərlər