Sizinlə əlaqələrimizə dinamizm gətirmişik - Əliyev Lukaşenko ilə görüşüb

14:04 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

ABC.AZ-ın məlumatına görə, görüşdə İ.Əliyev bir sıra məqamlara toxunub.

Dövlət başçısı qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam:

"Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlər müntəzəm xarakter daşıyır. Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük".

 

Bütün xəbərlər