Azərbaycan prezidenti Rumıniyanın Baş nazirinin müavinini qəbul edib

16:22 - 13.03.2018


13 mart, Fineko/abc.az. Rumıniyanın Baş nazirinin müavini Bakıda səfərdədir.

Bu gün prezident İlham Əliyev Rumıniyanın Baş nazirinin müavini xanım Anna Birçallı qəbul edib.

“Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu məsələni dəstəkləyəcək”, - Anna Birçall belə deyib.

Baş nazirin müavini  qeyd etdi ki,  Azərbaycan Avropa üçün vacib olan strateji layihələrin həyata keçirilməsində mühüm rol oynayır. Bundan başqa, o, Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün öz tövhəsini verən bir ölkə kimi rolunu yüksək qiymətləndirdi.

Onun sözlərinə görə, Rumıniya bütün sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Görüşdə həmsöhbətlər qeyd etdilər ki, Azərbaycan-Rumıniya münasibətləri ən yüksək səviyyəyə çatmış və strateji xarakter daşıyır, həmçinin əməkdaşlıq üçün böyük potensiala malikdir. Onlar, qarşılıqlı investisiyaların genişləndirilməsinin vacibliyini vurğuladılar.

 

 

Bütün xəbərlər