Tesla bu ölkədən 700-dən artıq elektromobili geri çağırıb

10:26 - 3.06.2021


3 iyun, Fineko/abc.az. "Tesla" şirkəti Çinə ixrac edilmiş 700-dən artıq elektromobili geri çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

"Tesla" quruma təqdim etdiyi sənəddə geri çağrılmanın səbəbi kimi oturacaq kəmərlərində texniki nasazlıq və təkərlərdə texniki problemləri göstərib.

Bu hallar toqquşma riskini və qəza baş verən zaman sərnişinlərin xəsarət alma ehtimalını artırır.

Şirkət geri çağrılan elektromobilləri öz hesabına pulsuz təftiş və təmir edəcək və işlər tamamlandıqdan sonra nəqliyyat vasitələrinin sahiblərini məlumatlandıracaq.

 

Bütün xəbərlər