İlham Əliyev Ərdoğana zəng edib

15:31 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı ilk növbədə həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlət başçısı, eyni zamanda qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

 

Bütün xəbərlər