“Azəri LT” markalı Azərbaycan neftinin qiyməti 70 dollara qədər endi

10:17 - 30.03.2018


30 mart, Fineko/abc.az. “Azəri LT CIF” markalı Azərbaycan neftinin qiyməti dünya bazarında  0,84 dollar (1,18%) düşüb.

Hal-hazırda “Azəri LT CIF” markalı neftin qiyməti bir barelə 70,02 dollar təşkil edir.

“Azəri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınıb.

 

 

Bütün xəbərlər