Prezident Abel Məhərrəmovun oğlu ilə bağlı Sərəncam verdi

14:35 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu vəzifəyə Anar Abel oğlu Məhərrəmov təyin olunub.

Qeyd edək ki, Anar Məhərrəmov Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi olub.

O, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin aprelində bu vəzifələrindən geri çağırılıb.

 

Bütün xəbərlər