Adidas Reebok brendini 2,1 mlrd. avroya satır

12:16 - 13.08.2021


13 avqust, Fineko/abc.az. Almaniyanın "Adidas AG" şirkəti "Reebok" brendini ABŞ-ın "Authentic Brands Group" şirkətinə 2,1 mlrd. avroya satır.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

"Adidas" məbləğin əsas hissəsini sövdələşmə başlandıqdan sonra alacaq, qalan ödənişlər isə müəyyən şərtlərin yerinə yetirilməsinə bağlıdır. Tərəflər müqaviləni 2022-ci ilin birinci rübündə tamamlamağı planlaşdırırlar. Almaniya şirkəti "Reebok" brendinin satışından əldə edilən gəlirin böyük hissəsini səhmdarların təşviqinə istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, "Adidas" 2006-cı ildə "Rockport", "CCM Hockey" və "Greg Norman" brendləri ilə yanaşı "Reebok"u da satın alıb. Sonradan qeyd edilən üç brendi şirkət təxminən 400 mln. avroya satıb.

 

Bütün xəbərlər