İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları 173 milyon dollar artıb

12:45 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin mart ayında 2,24% və ya 120,7 milyon dollar artıb.

Mərkəzi Bankın məlumatına əsasən, 1 aprel tarixində valyuta ehtiyatları 5508,0 milyon dollar təşkil edib, 1 mart  2018-ci il tarixinə bu göstərici 5387,3 milyon dollar, 1 fevral 2018-ci il tarixində isə  5381,2 milyon dollar təşkil edib.

2018-ci il yanvarın 1-nə olan valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil edib. Yanvar-mart ayları ərzində AMB-nin valyuta ehtiyatları 173,4 milyon dollar və ya 3,25% artıb.

2017-ci il yanvarın 1-də valyuta ehtiyatları 3974,4 milyon dollar təşkil edib. 2017-ci ildə AMB-nin valyuta ehtiyatları 1360,2 milyon dollar və ya 34,22% artıb.

 

 

Bütün xəbərlər