“Azəriqaz” sayğacın müddəti başa çatdıqda abonentlərə SMS göndərəcək

11:48 - 20.08.2021


20 avqust, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub. Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.

“Azəriqaz” İB-dən ABC.AZ-a bildirilib ki, abonent məmnuniyyətini hər zaman yüksək tutan İB abonentlərin bu məsələ ilə bağlı narazılıqlarının aradan qaldırılması üçün daha bir yenilik tətbiq edib.

Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna SMS vasitəsilə bildiriş göndəriləcək.

 

Bütün xəbərlər