Nəhəng şirkətlər kibertəhlükəsizliyə böyük vəsait ayıracaq - Qərar

10:51 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Nəhəng Microsoft, Google, Apple, Amazon kimi texnoloji şirkətlər kibertəhlükəsizliyin həyata keçirilməsinə böyük məbləğ yatıracaq.

ABC.AZ-ın məlumatına görə, Microsoft və Google kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, ixtisaslı kadrların sayını artırmaq və müxtəlif sektorlardakı işçilər üçün davamlı peşəkar təlimlər məqsədilə növbəti 5 il ərzində müvafiq olaraq 10 milyard dollar və 20 milyard dollar vəsait ayırmaq öhdəliyi götürüblər.

Microsoft həmçinin, təkcə hökumət qurumlarının İT təhlükəsizlik sistemiin təkmilləşdirilməsi üçün əlavə 150 milyon dollar xərcləyəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər