Azərbaycan şirkətinə türklər rəhbərlik edəcək - Kadr dəyişikliyi

16:06 - 30.08.2021


30 avgust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus, bu ildən Türkiyənin “Demirören Şans Oyunları Yatırımları” anonim şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin olunub. 

ABC.AZ xəbər verir ki, Şirkətin internet səhifəsində verilən məlumata görə, bu, Türkiyə vətəndaşı Zəfər Rəisoğludur. 

Adıçəkilən şəxslə yanaşı İdarə Heyətinə daha 4 baş rəhbər də daxil edilib. Bunlar satış üzrə baş rəhbər Cahangir Fərəcullayev, maliyyə üzrə baş rəhbər, Türkiyə vətəndaşı Osman Qaraquş, əməliyyatlar üzrə baş rəhbər, Türkiyə vətəndaşı Salih Tüfəkçi və marketinq üzrə baş rəhbər Sənan Orucovdur.

İndiyə qədər "Azərlotereya"nın İH-nə Maqsud Tağıyev rəhbərlik edib.

 

Bütün xəbərlər