Dövlət Komitəsinin sədrindən paylaşım - Büdcə öhdəliyinə 112,58 % əməl edilib

15:50 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi cari ilin yanvar-avqust ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112,58 % əməl edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 313,97 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

 

Bütün xəbərlər