Güzəştli kreditlərin əldə edilməsi prosedurları sadələşdirilib

14:16 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib.

ABC.AZ xəbər verir ki, bu barədə  Fondunun fəaliyyətinə, sahibkarlar üçün tətbiq edilən yeni qaydalara dair mətbuat konfransında bildirilib.

Konfransda çıxış edən qurumun İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev prosedurların sadələşdirilməsi ilə bağlı böyük işlər görüldüyünü açıqlayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər