Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb - 2 dəfədən çox

16:02 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 11 181 nəfər səfər edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 424 nəfər və yaxud 2,9 dəfə çoxdur.

Yanvar-avqust aylarında isə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 82,5 % azalaraq 48 783 nəfər olub. Ötən ay Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 1 054 329 nəfər (-31,7%) təşkil edib. İlk 8 ayda isə bu göstərici 308 674 nəfər olub.

 

Bütün xəbərlər