"TikTok"un sahibi olan Çin şirkəti ABŞ banklarından kredit alacaq - Böyük məbləğ

14:35 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. TikTok sosial şəbəkəsi böyük məbləğdə kredit alacağını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sosial şəbəkənin sahibi olan Çinin "ByteDance" şirkətinin rəhbərliyi ABŞ-ın investisiya bankları ilə borcunun yenidən maliyyələşdirilməsi üçün 3 milyard dollardan çox kredit almaq üzrə danışıqlar apardığını elan edib.

Qeyd olunub ki, şirkət borcunu ödəmək üçün indiki aşağı faiz dərəcələrindən istifadə etməyi planlaşdırır, lakin kreditin həcmi və təmin edilmə şərtləri ilə bağlı son qərar hələ verilməyib.

"ByteDance" isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

 

Bütün xəbərlər