Ukrayna vətəndaşı Azərbaycanda şirkət yaratdı

16:41 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Azərbaycanda “Ukrainian center” MMC qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumatlarında bildirilir. Şirkətin nizamnamə kapitalı nə az, nə çox 50 min manat təşkil edir.

Sözügedən şirkətin rəsmi təmsilçisi Azərbaycan əsilli Ukrayna vətəndaşı Rüstəm Quliyevdir. Şirkət 5 may 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hələlik “Ukrainian center” MMC-nin fəaliyyət növünü açıqlanmır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər