Çinin daha bir şirkəti iflasla üz-üzədir

05.10.2021,17:11


5 oktyabr, Fineko/abc.az. Çinin daşınmaz əmlak sektorunda risklər artdıqca böhran da çoxalır.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, 300 milyard dollar borcu olan daşınmaz əmlak və inşaat nəhəngi "Evergrande" şirkətindən sonra başqa bir Çin şirkəti maliyyə böhranı ilə üzləşmə astanasındadır.

Belə ki, illik gəliri 3 milyard dollar olan "Fantasia Holdings" 205.7 milyon dollarlıq istiqraz ödəməsini həyata keçirə bilməyib.

İnvestorlar "Fantasia"nın qiymətli kağızlarını atmağa başlayıblar və bu da onların qiymətlərinin çökməsinə səbəb olub.