Neft bahalaşır, Brent bir barelə $82,67 təşkil edir

09:25 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Bir gün əvvəlki atlamadan sonra etalon markaların qiymətləri çərşənbə günü orta səviyyədə yüksəlməkədir.

Saat 9:10-da London ICE Futures birjasında satılan Brent markalı neftin dekabr fyuçersi $0,11 (0,13%) bahalaşaraq bir barelə $82,67 təşkil edib. Oktyabrın 5-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersinin qiyməti $1,30 (1,60%) artaraq bir barelə $82,56 təşkil edib.

Saat 9:10-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin noyabr fyuçersinin qiyməti $0,10 (0,13%) artaraq bir barelə $79,03 təşkil edib. Oktyabrın 5-də baş tutmuş hərracların nəticələrinə görə, noyabr ayına fyuçers $1,31 (1,69%) artaraq bir barelə $78,93   təşkil edib.

 

Bütün xəbərlər