Sahibkarlıq ilə bağlı qanunvericilik layihəsi hazırlanacaq - Agentlikdə görüş

14:14 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.

Agentlikdən ABC.AZ-a daxil olan  məlumata görə, görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və  sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali quruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.

Görüşdə eyni zamanda sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.

 

Bütün xəbərlər