Prezident türkiyəli naziri qəbul edib

12:24 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi sürətdə qırması, çayları çirkləndirməsi barədə danışılıb.

 

Bütün xəbərlər