Əhalinin banklarda manatla əmanətləri azalıb – Detallar

12:19 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 46,8 milyon manat azalaraq 8 milyard 559,1 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 55,3 faizi milli, 44,7 faizi isə xarici valyutada qoyulub.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2 (2,04) manata, 100 türk lirəsinə 19,93 (21,13) manata, 100 rus rubluna 2,33 (2,30) manata bərabər olub.

 

Bütün xəbərlər