“Sumqayıt Texnologiyalar Parkı” və Ukraynanın “Elektrotyajmaş” şirkəti əməkdaşlıq haqqında müqavilə imzalayıblar

13.04.2018,11:34


13 aprel, Fineko/abc.az.  “Sumqayıt Texnologiyalar Parkı”  (STP) MMC və  Ukraynanın “Elektrotyajmaş” şirkəti  mühəndislik və sənaye sahələrində birgə əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

STP-in məlumatında deyildiyi kimi,  müqaviləni  STP-in baş direktoru Emin Məmmədov və “Elektrotyajmaş” zavodunun direktor müavini Dmitriy Kostyukin imzaladılar.

“Müqavilə, sənaye inkişafı və yeni texnologiyaların yaradılması sahəsində səylərin birləşdirilməsini  nəzərdə tutur. Müqavilənə əsasən, müəssisələr peşəkar kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər. Ukrayna şirkəti STP-ni xammal, yarı bitmiş məhsul və ehtiyat hissələri istehsalında dəstəkləyəcək”, - məlumatda belə deyilir.

 

Açar sözlər: STP Elektrotyajmaş