Mərkəzi Bank “AniPay ilə ödə və qazan” lotereyası keçirir

09:34 - 2.11.2021


2 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən noyabrın 1-dən başlayaraq geniş əhali təbəqəsini əhatə edən ölkə miqyaslı “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyaya start verilir. AMB-dən ABC.AZ-a bildirilib ki, cari ilin noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcək. Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda, filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaq.
Bütün xəbərlər