16:36 - 16.04.2018
Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib. Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.
Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Bu il baş tutan müsabiqədə Asiyadan, Afrikadan, Avropadan 75-dən çox ölkə iştirak edib. Kiifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
30 Sentyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
1 Oktyabr 2023
30 Sentyabr 2023
30 Sentyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023
2 Oktyabr 2023