Bankların bankomatları artıb - 10 ayda 155 ədəd

26.11.2021,11:44


26 noyabr, Fineko/abc.az Mərkəzi Bankın hesabatına əsasən, bankların bankomatlarının sayı 2021-ci ilin oktyabr ayında artıb.

ABC.AZ-ın məlumatına görə, ötən ay sentyabr ayının sonu ilə müqayisədə bankların bankomatları 16 ədəd artaraq 2 min 870 ədədə çatıb. 2021-ci ilin 10 ayı ərzində bankomatların sayı 155 ədəd artıb. Müəllif: Elmir Murad