Bu gün Bakıda əsas yol qovşaqlarından biri bağlanacaq

12:03 - 18.10.2017


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti paytaxtda yol infrastrukturunun keyfiyyətinin təmin edilməsi üzrə tədbirlər görməyi davam edir.

Açıq Səhmdar Cəmiyyətinin xəbərində  deyildiyi kimi, bu gün saat 22:00-dən Heydər Əliyev prospektinin Babək prospekti və Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən  “Ramstore” qovşağında yol nişanlarının çəkilməsi üzrə işlər aparılacaq.

“Bununla bağlı yolda nəqliyyatın hərəkəti səhər saatlarına qədər qismən məhdudlaşdırılacaq”, - xəbərdə belə deyilir.

 

Bütün xəbərlər