Ən çox ziyarət edilən saytlar - Siyahı

16:06 - 24.12.2021


24 dekabr, Fineko/abc.az. 2021-ci ildə TikTok "Google"u da keçərək dünyanın ən çox ziyarət edilən internet resursu olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə internet resurslarının işini və kibertəhlükəsizliyini təqib edən "Cloudflare" xidməti məlumat yayıb.

Xidmətin siyahısında TikTok reytinqində ötən ilin lideri olan "Google"u bütün xidmətlərdə (xəritələr, tərcüməçi, poçt və s.) qabaqlayıb. Sosial şəbəkə avqustdan ən çox ziyarət edilən internet resursuna çevrilib. Maraqlı məqam isə 10-luqda İnstaqramın siyahıda yer almaması olub.

Beləliklə 2021-ci ildə ən çox ziyarət edilən saytların siyahısı belədir:

1. TikTok.com

2. Google.com

3. Facebook.com

4. Microsoft.com

5. Apple.com

6. Amazon.com

7. Netflix.com

8. YouTube.com

9. Twitter.com

10. WhatsApp.com

Müəllif: Elmir Murad

Bütün xəbərlər