Bu ölkədə kriptovalyutalarla ticarət əməliyyatları həyata keçiriləcək - İcazə verildi

10:30 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Laosun Mərkəzi Bankı iki kriptobirjanın ölkə ərazisində istifadəsinə icazə verib.

ABC.AZ-ın məlumatına görə, ölkənin əsas Bankı “Lao Digital Assets Exchange” və “Bitqik” kriptovalyuta şirkətlərinə ölkədə ticarət əməliyyatları həyata keçirmək üçün "yaşıl işıq" yandırıb.

Qeyd edək ki, sözügedən kriptovalyutalar ölkədə müvafiq icazə əldə etmiş ilk kriptovalyuta şirkətləri olub.

Şirkətlərin Laos hökumətinin normativ tələblərinə riayət etməklə bu ilin aprel ayında tam fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ilin noyabr ayında Laos hökuməti ölkədə kriptovalyuta hasilatına və onlar vasitəsilə oticarət əməliyyatlarının həyata keçirilməsinə icazə verib.

 

Bütün xəbərlər