Bitkoin yenidən bahalaşıb - Qiymət

25.01.2022,17:21


25 yanvar, Fineko/abc.az. Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, kripto valyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36 531 ABŞ dollarından satılıb.

Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü.

Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50%-dən çox ucuzlaşmış olub.

Bunun başlıca səbəbi isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yaxın dövrdə monetarist siyasətini sərtləşdirib təməl faiz dərəcəsini artıracağına dair gözləntilərdir.