Yohann Şnayder-Amman Azərbaycana gəlir

27.04.2018,12:43


27 aprel, Fineko/abc.az. İsveçrənin İqtisadiyyat naziri Yohann Şnayder-Amman Bakıya gələcək.

Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, səfər 8-11 iyul tarixlərində keçiriləcək.

“Nazirin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə, İsveçrənin iri şirkətlərinin nümayəndələri daxil olacaq”, - səfirlikdən bildirdilər.