Elon Maskın sərvəti bir gündə 21 milyard dollardan çox azaldı

11:17 - 28.01.2022


 28 yanvar, Fineko/abc.az. Milyarderlər siyahısında olan Elon Musk "Tesla" şirkətinin səhmlərinin qiymətinin azalması səbəbindən 21 milyard dollardan çox pul itirib.

ABC.AZ xəbər verir ki, bu "Forbes" jurnalının reytinqində öz əksini tapıb.

Reytinqdə azalmadan sonra Maskın sərvətinin 21,5 milyard dollar və ya 8,84% azaldığı qeyd olunub.

Beləliklə, hazırda onun sərvəti 221,3 milyard dollardır. Buna baxmayaraq, amerikalı sahibkar hələ də planetin ən varlı adamları siyahısına başçılıq edir. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər