“SpaceX”in orbitə çıxardığı internet peyki itib

10:40 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Amerikanın özəl “SpaceX” aerokosmik kompaniyası fevralın 3-də orbitə çıxardığı 40 “Starlink” internet peykini geomaqnit fırtınası səbəbindən itirib.

ABC.AZ-ın məlumatına görə, bu barədə məlumat kompaniyanın tviter səhifəsində yerləşdirilib.

“İlkin təhlil göstərdi ki, aşağı hündürlükdəki yüksək müqavimət peyklərin təhlükəsiz rejimdən çıxmasına və orbitin korreksiyasına başlamasına imkan verməyib. Qırxa yaxın peyk yer atmosferinə qayıdır və ya artıq qayıdıb”, - deyə məlumatda bildirilir.

Hazırda “SpaceX” orbital peyk qruplaşması hər birinin çəkisi 290 kiloqram olan iki mindən çox kosmik aparatdan ibarətdir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər