"Samsung" Galaxy S22 flaqman smartfon seriyasını təqdim edib - Foto

11:21 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Cənubi Koreyanın "Samsung" şirkəti Galaxy S22 flaqman smartfon seriyasını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, smartfonun üç versiyası mövcüd olacaq: Galaxy S22 və Galaxy S22+, eləcə də ən üstün versiya - Galaxy S22 Ultra. Qeyd edək ki, Galaxy S22 smartfonları yerə düşəndən sonra ön və arxa hissələrini zədələnməsindən qoruyan yeni "Corning Gorilla Glass Victus+" ilə təchiz edilmiş ilk smartfonlardır.

Baza modeli (Galaxy S22) 24-dən 120 Hz-ə qədər tezliyi olan AMOLED ekrana malikdir. Cihaz IPX8 standartına uyğun olaraq sudan qorunur. Əvvəlki nəsillə müqayisədə akkumulyatorun tutumu 4000 mA/saat-dan 3700 mA/saat-a qədər azalıb.

 


Bütün xəbərlər