Neft ucuzlaşır, Brent bir barelə $95,77 təşkil edir

09:30 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın yekunları üzrə yüksəlişdən sonra çərşənbə axşamı hərracda azalır.

Saat 9:10-da London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,71 (0,74%) - barrel başına $95,77-ə qədər düşüb. Fevralın 14-də keçirilən hərracın nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $2,04 (2,16%) yüksələrək barel başına $96,48 təşkil edib.

Saat 9:10-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,79 (0,83%) - bir barelə  $94,67 səviyyəsinə düşdü. Fevralın 14-də ticarət nəticələrinə görə, mart fyuçersinin  qiyməti bir barrelə $2,36 (2,54%) $95,46-a qədər artıb.


Bütün xəbərlər