Faiz gəlirləri azalan banklar – Siyahı

10:45 - 16.02.2022


16 fevral, Fineko/abc.az.Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin ötənilki faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Bank BTB”, “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma “AFB Bank”da (48,9%), ən az azalma isə “Bank BTB”də (1,7%) qeydə alınıb.

Qalan 17 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (70,2%), ən aşağı dinamika isə “Muğan Bank” ASC-də (2,2%) qeydə alınıb.

Bütün xəbərlər