“Turkish Airlines” şirkətləri əməkdaşlığa dəvət edir

09:39 - 3.05.2018


3 may, Fineko/abc.az. “Turkish Airlines” şirkəti, aviasiya şirkətlərinə peşəkar kadr hazırlığına dəstək verməyə hazır olduğunu açıqladı.

“Turkish Airlines” təhsil mərkəzinin əlaqələndiricisi bildirib ki, hazırda şirkətlər öz əməkdaşlarını Dubayda yerləşən təhsil mərkəzinə təhsil almaq üçün göndərir.

“Qeyd etmək istəyirəm ki, Dubayda qiymətlər Türkiyədən daha yüksəkdir. Bir saatda təxminən 400 dollar ödəyirsinizsə, 150 dollara başa gələn yaşayış xərclərini ödəmək lazımdır. Lakin Türkiyədə razılaşdığımız otellər təxminən 70 dollar alır. Buna görə də biz azərbaycanlı həmkarlarımızı əməkdaşlıq etməyə və hətta Azərbaycanda birgə təlimlər təşkil etməyə dəvət edirik”, - deyə əlaqələndirici bildirib.

 

Bütün xəbərlər