BVF Azərbaycan iqtisadiyyatının 1,7%, qeyri-neft ÜDM-in 2,5% artacağını gözləyir

12:10 - 3.03.2022


3 mart, Fineko/abc.az. “Karbohidrogen sektorunda ciddi artım sayəsində Azərbaycan iqtisadiyyatı yaxşı bərpa olunub. Peyvəndləmə sahəsində əldə olunmuş tərəqqi buna imkan verib”.

ABC.AZ xəbər verir ki, bunu Report-a Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Çad Steynberq (Chad Steinberg) bildirib.

“Bununla yanaşı, 2021-ci ildə inflyasiyanın artması dünya bazarlarında ərzaq məhsullarının qiymətinin artmasını və digər amillərin, həmçinin bəzi tənzimlənən qiymətlərin korrektəsinin təsirini əks etdirib. Yəqin ki, yaxın zamanlarda inflyasiya yüksək səviyyədə qalmaqda davam edəcək. Geosiyasi hadisələrin, risklərin və perspektivlərin qeyri-müəyyənliyi artıb. Müsbət məqam bundan ibarətdir ki, COVID-19 yoluxmalarının aşağı səviyyədə qalması proqnoz üçün risk mənbələrindən birini azaldıb”, - o deyib.

Ümumiyyətlə, BVF ölkə iqtisadiyyatının 1,7%, qeyri-neft ÜDM-in 2,5% artacağını gözləyir.

Bütün xəbərlər