Rusiyanın 4 sosial şəbəkə platformu müflis elan oluna bilər

12:25 - 16.03.2022


16 mart, Fineko/abc.az. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, bu ölkənin İT sisteminə də ciddi zərər vurmağa başlayıb. Artıq bu ölkədəki İT mütəxəssislər iş və miqrasiya üçün Azərbaycanın İT sektoruna müraciət etməyə başlayıblar.

ABC.AZ xəbər verir ki, bu barədə İT sektoru üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.

Məsələ bundadır ki, Rusiyanın əvvəllər Mail.ru Group kimi tanınan VK Holdinqi ("Vkontakte" , " Odnoklassniki ", Mail.ru, M.Games və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.

Holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur.

İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək.

 

Bütün xəbərlər