Azərbaycanlı iş adamı Türkiyədə şirkət yaratdı - Nizamnanə kapitalı 5 milyon manatdan çoxdur

12:33 - 17.03.2022


17 mart, Fineko/abc.az. “DET-AL Alüminium” MMC-nin sabiq baş direktorunun Siyahdeniz Turizm İnşaat Sanayi ve Ticaret Anonim adlı şirkətinin nizamnamə kapitalı 24 milyon 300 min TL təşkil edir.

ABC.AZ xəbər verir ki, yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayev İstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim adlı şirkət yaradıb.

Sərxan Babayev Türkiyədə həmdə “Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur “Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır.

Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib.

Bütün xəbərlər